Deputat və xanımı xəstəxanaya aparıldı - FOTO
Milli Məclisin deputatının səhhətində problem yaranıb.
Redaktor.az xəbər verir ki, millət vəkili Fəzail Ağamalının səhhətində problem yaranıb. O həkim yoxlanışından keçmək üçün C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutuna müarciət edib. Xəstəxanaya gedərkən deputatın həyat yoldaşı da onun yanında olub. Müayinələrdən sonra Fazail Ağamalı həyat yolşadı ilə birlikdə xəstəxananı tərk edib.
Fəzail Ağamalı manset.az-a açıqlamasında faktı təsdiq edib.
"Mənim də yoldaşımın da səhhətimizdə problem yaranmışdı. Həkimə gedib yoxlanışlardan keçdik. Hazırda vəziyyətimiz stabildir."