Azərbaycanda zəlzələ oldu

 19:45 25.06.2023     291

Şəkidə zəlzələ olub.

Bu barədə Redaktor.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, iyunun 25-də yerli vaxtla saat 16:39-da Şəki stansiyasından 12 km şimal-qərbdə, Şəki rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.