Sinan Oğan 26 iyun münasibətilə Azərbaycanı təbrik ETDİ

 14:11 26.06.2023     236

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan 26 iyun – ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.

Redaktor.az xəbər verir ki, o bu barədə tviterdə yazıb.

“Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun”.