Azərbaycanda kolbasa istehsalı 11 % artıb

 15:35 26.06.2023     262

Bu ilin yanvar-may aylarında Azərbaycanda 10 min 920 ton kolbasa məmulatları istehsal edilib.

Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur.

Hesabat dövründə ölkədə 31 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da, illik müqayisədə 7,2 % azdır.