Söyüdlüdə monitorinqlər davam edir

 20:36 26.06.2023     276

Gədəbəy rayonunun Söyüdlü kəndində kompleks ekoloji monitorinqlər davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Qeyd olunub ki, kənd ərazisində yerləşən texnoloji obyektlərin ətrafında ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən kompleks ekoloji monitorinqlər aparılır. Həmçinin müxtəlif koordinatlardan su və torpaq nümunələri götürülür.