"Arutyunyan ya Bakını seçməli ya da Qarabağdan çıxmalıdır..." - Erməni mətbuatı
Ermənistan hakimiyyəti Qarabağdakı erməni separatçıbaşı Araik Arutyunyanı seçim qarşısında qoyub.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır
Nəşr qeyd edir ki, seçim bundan ibarətdir: ya Xankəndi-Bakı arasında danışıqlara başlamalı, ya da ermənilərin Qarabağdan çıxarılmasını qəbul etməlidir.
Bildirilir ki, separatçı “müxalifət” “hakimiyyət”lə düşmənçilik mövqeyini tutub.