Ət kəsimi məntəqələrində antisanitar vəziyyətə nəzarət yoxdur? - VİDEO

 22:49 28.06.2023     297

Qurban bayramı münasibətilə müəyyən edilmiş məntəqələrlə yanaşı digər ərazilərdə də heyvan satışı və kəsimi həyata keçirilib.

Redaktor.az xəbər verir ki, qurbanlıq heyvanlara tələbat çox olub, amma şərait olmadığından həmin yerlərdə xoşagəlməz mənzərə yaranıb.

Elə qəssabların özləri də bu vəziyyətdən narazılıq ediblər. Onlar xüsusi kəsim məntəqələrinə heyvanları aparmağın əlavə xərc olduğunu bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, rayon icra hakimiyyətlərinə və yerli polis orqanlarına məlumat verilib. Aidiyyəti qurumların səyi nəticəsində dərhal tədbir görülüb, qurulan konstruksiyalar yol kənarları və səkilərin üzərindən yığışdırılıb.

Daha ətraflı "Xezerxeber"in süjetində:

Bizimlə əlaqə saxlayın