Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olundu

 22:41 30.06.2023     550

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.

Redaktor.az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə Nazim Mahmudov Xidmətin rəisi təyin edilib.

Bundan öncə Nazim Mahmudov Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsində çalışıb.