İsmayıllıda tufana düşən Britaniya səfiri geyim və qida ilə təmin olundu

 19:45 01.07.2023     763

İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld geyim və qida ilə təmin olunub.

Redaktor.az xəbər verir ki, səfir bu barədə tviter hesabında yazaraq buradakı qonaqpərvərliyə heyran qalıb.

"İsmayıllıya ilk gəlişimi xüsusi edən insanlar: - bələdçimiz Elvin, Lahıc orta məktəbinin direktoru Dadaş müəllim, Şamaxı Rəsədxanasını bizə göstərən astrofizik, Vafiq və onun tufandan sonra bizi qida və geyimlə təmin edən ailəsi. Qonaqpərvər azərbaycanlılar”, - səfir sosial şəbəkə hesabında qeyd edib.

People who made my first visit to Ismayilli special: Elvin our guide, Dadash müəllim Director of Lahij school, the astrophysicist who showed us Shamakhi Observatory, Vafiq and family who fed and clothed us after the storm. And the two Ed’s. Qonaqpərvanlı Azərbaycanlılar ️️ pic.twitter.com/GUjfq4Zu9G

— FergusAuldFCDO (@FergusAuldFCDO) July 1, 2023