Keçmiş nazirlər Oqtay Əsədovun nəvəsinin toyunda iştirak etdi

 22:39 01.07.2023     524

Milli Məclisin sabiq sədri, deputat Oqtay Əsədov qız nəvəsinə toy edib.

Redaktor.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, toy mərasimi “Gülüstan Sarayı”nda keçirilib. 

Mərasimdə sabiq nazirlər Elmar Məmmədyarov və Əbülfəs Qarayev, AZAL-ın prezidenti Cahangir Əsgərov, millət vəkili Ziyafət Əsgərov və digər deputatlar da iştirak edib.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da toyda iştirak etdiyi bildirilir.