Vaqif Əsədovdan polislərə bayram təbriki

 15:11 02.07.2023     392

Bu gün Azərbaycan polisi yaradılmasının 105-ci ildönümünü qeyd edir.

Redaktor.az xəbər verir ki, bu münasibətlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş bölmə rəisi, polis polkovniki Vaqif Əsədov polis işçilərini təbrik edib.

"Dövlətimizin və xalqımızın təhlükəsizliyinin keşiyində duran, öz vəzifə borcunu vicdanla yerinə yetirən bütün polis işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzu edirəm!

Bir daha Polis Günü münasibətilə başda cənab nazir Vilayət Eyvazov olmaqla bütün şəxsi heyəti təbrik edirəm!", - deyə polkovnik bildirib.