Goranboyda Polis Günü qeyd olundu - FOTO

 16:31 02.07.2023     525

Goranboy rayonunda Azərbaycan Polisinin yaranmasının növbəti ildönümü münasibətilə tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məmməd Hüseynov, rayon prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və əməkdaşlarla birlikdə Ümumilli Lider Heydər Əliyevin heykəlini ziyarət edib və əklil qoyaraq xatirəsi dərin hüznlə yad edilib.

Tədbir iştirakçıları daha sonra rayonda yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığı ilə tanış olublar. 

“Polis Günü” ilə bağlı xüsusi mərasim isə Goranboy Rayon Polis Şöbəsində keçirilib. RPŞ rəisi polis polkovniki Məmməd Hüseynov çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və onlara xidmətdə uğurlar arzulayıb. 

Tədbirdə daxili işlər orqanlarında xidmətdə fərqlənən əməkdaşlar və polis veteranları mükafatlarla təltif edilib.

 




2