Azərbaycanda vaksinasiya davam edir?

 17:48 02.07.2023     534

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 159 vaksin vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 138, ikinci doza üzrə 1 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 15 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfər təşkil edib.