Goranboydakı təbii fəlakətin görüntüləri - VİDEO

 19:14 02.07.2023     585

Goranboyda növbəti sel suları yenə fəsadlara yol açıb.

Redaktor.az bax.tv-yə istinadla xəbər verir ki, yağan leysan yağışlar nəticəsində rayonun Nizami, Dəyirmanlar, Azad kəndlərindən sel keçib.

Sel suları Azad kəndində bir neçə evin həyətinə, zirzəmisinə dolub, evlərin həyətyanı sahələrində olan bütün əkini məhv edib. Bəzi sakinlərə məxsus ev quşları tələf olub. Bundan başqa, sel suları biçilməmiş taxıl, yonca, otlaq, günəbaxan sahələrinə də ziyan vurub.