"Azəriqaz" nümayəndələri Salyan sahibkarları ilə görüşəcək

 23:05 02.07.2023     304

“Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq.

Redaktor.az xəbər verir ki, aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” iyulun 4-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.