İraqın xarici işlər naziri Azərbaycana səfər edəcək

 16:37 03.07.2023     229

İraqın xarici işlər naziri Fuad Hüseyn bu həftə Azərbaycana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İraqın Bakıdakı səfirliyindən məlumat verilib.

Fuad Hüseyn Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin toplantısında iştirak edəcək.

İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

Report