Zəlzələ dağıntı və tələfata səbəb olub? - FHN-dən AÇIQLAMA

 00:51 04.07.2023     1207

İlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və tələfat barədə FHN-ə məlumat daxil olmayıb.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumatına görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.