Nazirlik zəlzələ ilə bağlı yayılan iddialara aydınlıq GƏTİRDİ

 01:10 04.07.2023     1135

Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, təlafatla bağlı hər hansı məlumat daxil olmayıb.

Bu barədə Redaktor.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir.