Seysmoloqlar Azərbaycanda güclü zəlzələ ehtimalını istisna edir
Azərbaycanda güclü zəlzələ təhlükəsi yoxdur.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində seysmik mərkəzin informasiya xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
"Kiçik təkanlar, afterşoklar qeydə alınıb, hiss olunmayıb. Güclü zəlzələ ehtimalı yoxdur", - o deyib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında maqnitudası 5,0-dək olan təkanlar hiss olunub.
Turan İSMAYIL