“Dünən 5-6 afterşok olub, ən böyüyü 2,7 ballıqdır”

 11:32 04.07.2023     291

“Zəlzələnin gecə saatlarında baş verməsinin fərqi yoxdur, istənilən vaxt ola bilər”.

Redaktor.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində bu gecə baş vermiş zəlzələ ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, daha əvvəlki dövrdə gündüz saatlatında da zəlzələlər hiss olunub.

“Kim deyir ki, ölkəmizdə zəlzələ olmayacaq? Azərbaycan zəlzələ zonasıdır və təbii ki ola bilər.
Yaxın dövr üçün zəlzələ olacağı barədə proqnozu vermək mümkün deyil. Dünən gecə baş verən zəlzələdən sonra 5-6 afterşok olub. Bunların ən böyüyü 2,7 bal gücündə olub. Qırılma xətti boyunca yüngül 3 bal gücündə zəlzələ ola bilər. Lakin bu əhəmiyyətsizdir”.