“Rahat evinizdə yatın” - Qurban Yetirmişli

 11:55 04.07.2023     412

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində bu gecə baş vermiş zəlzələ ilə bağlı əhaliyə müraciət edib.

Redaktor.az xəbər verir ki, baş seysmoloq vətəndaşları təşvişə düşməməyə çağırıb.

“Əhaliyə müraciət edirəm ki, sosial şəbəkələrdəki şayiələrə deyil, rəsmi məlumatlara inansınlar. Rahat evinizdə yatın. Dünənki təkanlar çox dərində olub, heç bir təhlükəsi yoxdur. O dalğa yaşayış məntəqələrində heç bir fəsad törədə bilməz. Əsas təkan ilk saniyələrdə olub. Ondan güclünün olması ehtimalı yoxdur. Sonra da təkanlar olub, lakin zəif olub və ancaq cihazlar qeydə ala bilib”, - Q.Yetirmişli vurğulayıb.