Bulvarda kaktuslara zərər vuran qadın saxlanıldı

 12:03 04.07.2023     422

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.  

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Redaktor.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib. 

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.