“Apteklərdə nisyə dəftərləri olmamalıdır” - Deputat

 12:42 04.07.2023     536

“Apteklərdə nisyə dəftərləri olmamalıdır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

O bildirib ki, bəzən apteklərdə nisyə dəftəri görür:

“Belə hal olmamalıdır”.

Deputat həmçinin dərman vasitələrinin bahalığından narazılıq edib:

“Ötən dəfə şəkər xəstələrinin istifadə etdiyi dərmanın qiymətinin çox baha olmasından sosial şəbəkəmdə status yazdım, sonradan qiyməti bir az aşağı salındı. Ümumilikdə ölkədə dərmanların qiyməti digər ölkələrlə müqayisədə bahadır”.

Vumart və Güvən reklamı Vumart Güvən