"Azərbaycan dünyanın 3 nəhəng zəlzələ bölgəsindən biridir" - Ənvər Əliyev

 14:59 04.07.2023     1217

Bildiyimiz kimi ötən gün yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt, Abşeron və Bakıda hiss olunub.

Maraqlıdır, Azərbaycanda hansı bölgələrdə zəlzələ təhlükəsi çoxdur?

Mövzu ilə bağlı seysmoloq Ənvər Əliyev Redaktor.az-a danışıb.

O, bildirdi ki, Azərbaycan dünyanın üç dənə nəhəng dağ əmələ gəlmə adı ilə, seymoloji zonası ilə məşhur olan zonalarından biridir:

“Buna deyirlər Alp-Himalay dağ əmələgəlmə qurşağı. Bu başlayır Fransanın şimalında və bəzi hissəsi İngiltərəyə gəlir çıxır, ordan da İndoneziyaya. Sonra keçir Qafqaz dağına və dənizin altına. Biz bunun bir hissəsiyik. Bu zonada yerləşən ölkələrdə daim olaraq olaraq zəlzələlər, seysmik hadisələr, qalxmalar baş verir. Bu dünyanın üç zonasından biridir. Qalan ikisi Sakit okeanın qərbindədir. Yəni Amerika Birləşmiş Ştatlardan başlayır, Cənubi Amerikaya qədər. İkincisi də Rusiyandan başlayır, düz meredian istiqamətində keçirir. Yerin oynaq xəttinddə olduğumuz üçün daim zəlzələrin olması mümkündür. Azərbaycanda müxtəlif dövrlərdə olmuş, eradan qabaq, sonra min illər ərzində nə qədər zəlzələlər var, hamısının səbəbkarı bizim bu zonada olmağamızıdır”.

Ə.Əliyev dedi ki, Azərbaycanda 1400 kilometrlik ərazi var, ora başdan ayağa zəlzələ zonasıdır.

“Bura Qara dənizdəki Taman yarımadasından başlayır Böyük Qafqaza kimi, ordan da Abşeron yarımadasına kimi uzanır. Azərbaycan ərazisində ayr-ayrı bölgələr var ki, bu bölgələrdə zəlzələləri seysmik zonalara bölmüşük. Bu seysmik zonanın ən qorxulusundan biri Azərbaycan ərazisində olan Böyük Qafqazın cənub yamaclarından başlayır. Bu da Şəkinin ətəyinə çatmamış başlayır Şamaxıya kimi uzanır, burdan da burulur Quba, Xaçmaz zonasına. Ən güclü zəlzələ baş verəcək zonalardır ki, 8-9 balla qiymətləndirilir”, - deyə seysmoloq bildirdi.

Humay İSGƏNDƏRLİ