Bu rayonun hərbi komissarı saxlanıldı

 15:56 04.07.2023     1076

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

Redaktor.az xəbər verir ki, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev saxlanılıb.

Qeyd olunan məsələ ilə bağlı sorğuya cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən fakt təsdiq edilib. Bildirilib ki, ətraflı məlumat veriləcək.