"Çox sarsıntı keçirdim" - Deputat zəlzələdən danışdı
"Mən xaricdə səfərdəyəm. Ailə üzvlərim də evdə yox, bayırda olublar deyə hiss etməyiblər. Qohum-əqraba içində hiss edənlər olub. Çox sarsıntı keçirdim".
Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Razi Nurullayev ötən gecə Bakıda baş verən zəlzələ haqqında danışarkən deyib.
Onun fikrincə, zəlzələ çox təhlükəli hadisədir:
"Allah millətimizi qorusun. İndi bina evləri bir neçə ay alıcı problemi yaşayacaq. Əslində, zəlzələ qorxusu həm də iqtisadi sıxıntılar yaradır".
Qeyd edək ki, ötən gün yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt, Abşeron və Bakıda hiss olunub.
Həmidə İBRAHİMLİ