Naxçıvan ETSN-də yeni təyinat

 13:30 05.07.2023     300

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev əmr imzalayıb.

Əmrə əsasən, aparat rəhbəri vəzifəsinə Malik İsmayılov təyin olunub.

Qeyd edək ki, Malik İsmayılov bundan öncə Şərur Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb (qafqazinfo).