Azərbaycanın axtardığı şəxs İtaliyada tutuldu

 14:56 05.07.2023     276

Uzun illərdir beynəlxalq axtarışda olan Rasim Sadixoviç İsmayılov həbs edilib.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, təxminən 10 il əvvəl barəsində cinayət işi başladılan şəxs İtaliyada tutulub.

Bildirilib ki, həmin vaxt Səbail RPİ dələduzluqda ittiham edilən R.İsmayılov barəsində axtarış elan edib. Daha sonra onun ölkədən çıxması müəyyən edildiyindən İnterpol vasitəsilə beynəlxalq axtarışa başlanılıb.

Hazırda onun İtaliyadan Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.