Səhiyyə Nazirliyi çimərlikdə qidalanma ilə bağlı əhaliyə müraciət etdi
Yay aylarında çimərliyə gedərkən maksimum dərəcədə yüngül qidalara üstünlük vermək lazımdır.
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev deyib. Həkim qeyd edib ki, çimərliyə gedərkən qida götürən zaman tərkibi tez dəyişməyənlərə üstünlük vermək lazımdır.