Muxtar Babayev Hindistanın xarici işlər nazirinin müavini ilə görüşdü

 19:19 05.07.2023     317

Hindistan Respublikasının xarici işlər nazirinin müavini cənab Sancay Verma ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 

Bu barədə Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə “Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” çərçivəsində qarşıda duran vəzifələr, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.