109 motosiklet, 918 moped sürücüsü cərimələnib
Bu ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
"Lakin onlar yol hərəkəti qaydalarına düzgün riayət etsələr, cərimə olunmamaqla yanaşı, heç kimin həyatı üçün təhlükəli vəziyyət yaratmazlar", - məlumatda qeyd edilib.