“Makronda Rəhim Qazıyevin xarakteri var” - Siyavuş Novruzov

 11:40 06.07.2023     1016

“Makron erməni diasporu ilə görüşdə çox utanmazcasına “Ermənistanın baş nazirindən daha çox Azərbaycana təsir göstərirəm” ifadəsini işlədib. Bu ifadəni işlədən biri ədalətli sülhə nail ola bilər? Təbii ki, yox”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

“Özünü həmişə yuyulmamış çömçə kimi ortaya atır. Vaxtilə nə iclas keçirilirdi, Rəhim Qazıyev də özünü ortaya atırdı. Həmin xarakter məhz Makronda var. Hara gedir, ancaq ermənilər böyründə çıxır. Ermənistanı istəyirsənsə, apar Fransaya birləşdir. İmkan verin ki, özümüz aramızda məsələlərimizi həll edək, danışıqları Amerika və digər ölkələr də dəstəkləyir. Ədalətli sülhün bağlanmasına Fransa imkan vermir. Daha bilmirlər ki, ədalətli sülhün olmaması birbaşa Ermənistanın özünə ziyandır. Ən çətin vəziyyətdə yaşayan da ermənilərdir. Ondan-bundan yardım alıb yaşamaq olmaz. Bizim Xarici İşlər Nazirliyi qəti şərt qoymalıdır ki, Fransa sülh məsələsinə qarışmamalıdır”, - deputat bildirib.