"Vətəndaşın xaricdən gətirdiyi 3-5 qutu dərman satış məqsədi daşımır" - Komitə sədri

 13:15 06.07.2023     242

"Vətəndaşın xaricdən gətirdiyi 3-5 qutu dərman satış məqsədi daşımır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satılması faktı çox cüzi saydadır: “Bu da dərmanların keyfiyyətinə və qiymətinə təsir edən amil deyil. Əgər keyfiyyətsiz dərman gəlirsə, bunun hansı yolla gətirilməsini araşdırmaq lazımdır. Hansısa vətəndaşın xarici ölkədən 3-5 qutu dərman gətirməsi satış məqsədi daşımır, sadəcə, şəxsi istifadə üçündür”.

Qeyd edək ki, səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı şəxsi məqsədlər üçün gətirilən dərman vasitəsinin sonradan satıldığını açıqlayıb.