Prezident Tamara Sinyavskayanı təltif etdi

 16:38 06.07.2023     304

Prezident İlham Əliyev Tamara İlyiniçna Sinyavskayanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Redaktor.az xəbər verir ki, sərəncama əsasən, T.İ.Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, T.İ.Sinyavskaya Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşıdır.