Bu il 2200-dən çox şəxsə elektron qolbaq tətbiq olunub

 17:09 06.07.2023     316

Bu il azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 2022-ci ilin birinci yarımili ilə müqayisədə təxminən 70% çox vəsait ödətdirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.

Məlumata görə, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, cari ildə 2.200-dən çox şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.