Məhkəmə-Hüquq Şurasına yeni üzv SEÇİLDİ

 20:27 06.07.2023     259

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Redaktor.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

İclasda Məhkəmə-Hüquq Şurasına Vəkillər Kollegiyasının vəkil nümayəndəsinin təyin olunması məsələsinə baxılıb və Rəyasət Heyəti üzvlərinin təklifinə əsasən Kollegiyanın sədri Anar Bağırov Şuraya vəkil üzv kimi təyin edilib.

Daha sonra gündəliyə uyğun olaraq Vəkillər Kollegiyasının Elektron Vəkil Komitəsinin Əsasnaməsinin təsdiqi ilə bağlı məsələ müzakirə olunub və Komitənin Əsasnaməsi qəbul edilib.

İclasda vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma, yeni vəkil bürosunun təsisi və sairə məsələlərə baxılıb, müsbət qərarlar verilib.