Sürücülərin nəzərinə! - Bu yolda xətlər yenilənir

 12:20 07.07.2023     281

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "Vaz dairəsi" adlanan hissəsindən "Sumqayıt dairəsi" adlanan hissəsinədək hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu barədə Redaktor.az-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib.

Bildirilib ki, xətlərin yenilənməsi bir neçə gün davam edəcək.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə məlumatda qeyd olunub.