Temperatur 41°-dək yüksələcək

 16:18 07.07.2023     477

İyulun 8-9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33°-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında iyulun 8-9-da havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35°-38° isti, bəzi yerlərdə 41°-dək, dağlıq rayonlarda isə 23-28°-dək isti olacağı gözlənilir.