AZAL-dan Naxçıvan reysinin sərnişinlərinə müraciət - VİDEO

 19:00 07.07.2023     323

Aviadaşımalara artan tələbatı nəzərə alaraq, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri uçuşdan daha əvvəl əldə etməyi tövsiyə edir.

Redaktor.az xəbər verir ki, bu barədə AZAL-ın sərnişinlərə müraciətində bildirilir.

Beləliklə, aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcək.

AZAL-ın rəsmi saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb.