Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

 12:20 08.07.2023     787

İyulun 9-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortunun davam edəcəyi gözlənilir.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bu cür hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.