Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək

 09:19 09.07.2023     254

Baş prokuror Kamran Əliyev Naxçıvanda səfərdədir.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Baş Prokurorluğun nümayəndə heyəti Naxçıvana gedib.

3 gün davam edəcək səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək və Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək.