Diplomatlar Şəhidlər Xiyabanını ziyarət etdilər

 11:44 09.07.2023     783

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə diplomatik xidmət orqanları rəhbərləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Redaktor.az xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.