Sabah temperatur aşağı düşəcək - güclü külək, yağış

 12:38 09.07.2023     951

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək.

Redaktor.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək, temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək. Şimal-qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında 29-34, Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq.