Vaksinasiya ilə bağlı son vəziyyət necədir?

 17:04 09.07.2023     312

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 vaksin vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 24, ikinci doza üzrə 4 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 13 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib.

2