Komitə sədri Elşad Eyvazlını təbrik etdi

 22:31 09.07.2023     578

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Modern.Az” Media Qrupunun direktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Elşad Eyvazlı ilə görüşüb, onu 50 illik əlamətdar yubileyi ilə bağlı təbrik edib.

Redaktor.az xəbər verir ki, Mədəniyyət komitəsində baş tutan görüşdə E.Eyvazlının jurnalistikamızın, özəlliklə yeni media resurslarının yaradılması sahəsində uzunmüddətli səmərəli xidmətlərini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib.

Millət vəkili E.Eyvazlının 50 illik yubileyi münasibəti ilə ona Qarabağ motivli xatirə hədiyyəsi və Mədəniyyət komitəsi adından Təbrik məktubu təqdim edib.

Əməkdar jurnalist görüş və xoş sözlər üçün komitə sədrinə təşəkkür edib.