​​​​​​​Milli Məclisin deputatları bu həftə tətilə gedir

 13:26 10.07.2023     257

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının tarixi məlum olub.

Redaktor.az xəbər verir ki, sonuncu iclas iyulun 14-də keçiriləcək.

Bununla da Milli Məclisin deputatları tətilə çıxacaq.

Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.