Daşkəsəndə yağıntılı hava şəraiti bir sıra fəsadlar törətdi

 17:33 10.07.2023     425

Daşkəsən rayonunda leysan yağışlar yağıb, dolu düşüb, bir sıra fəsadlar yaranıb.

Redaktor.az xəbər verir ki, yağan leysan yağışlar nəticəsində Daşkəsən şəhərinin, bir neçə qəsəbə və kəndlərdə yağış suları əkin yerlərinə, küçələrə, həyətyanı və təsərrüfat sahələrinə dolub.

Avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Küləklə müşahidə olunan leysan yağışlar və dolu meyvə ağaclarına da zərər vurub.

Dağ çaylarında suyun səviyyəsi artıb.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti Qərb bölgəsinin digər dağlıq rayonlarında və Gəncə şəhərlərində də müşahidə olunur (report).

2