“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası həftəlik işinə Lerikdən başladı
SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası həftəlik işinə Lerik rayonundan başlayıb. Rayonun Kornədi kəndində təşkil edilən “Səyyar qəbul otağı”na Almu kəndinin sakinləri də qatılıb.
Redaktor.az xəbər verir ki, aksiyada ünvanlanan 6 müraciət hər iki kəndin sakinləri adından səsləndirilib.
Kənd sakinlərinin isə yeganə xahişi adıçəkilən kəndlərin mavi yanacaqla təchiz edilməsi olub. Görüş zamanı Lənkəran RQİİ-nin rəhbər şəxsləri kənd camaatının müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini bildiriblər.