Apteklərdə yoxlamalar - Dərmanlar müsadirə edildi

 10:29 11.07.2023     661

Analitik Ekspertiza Mərkəzi (AEM) 1-30 iyun tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı açıqlayıb.

AEM-dən Redaktor.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 27, digər rayonlar üzrə 5 aptek olmaqla, ümumilikdə 32 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.

7 adda, 40 qutu dərman vasitəsi müsadirə edilib.

2 aptekdə nöqsanlar aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə protokollar tərtib edilib.