DSX Kadrlar Baş İdarəsinə yeni rəis təyin edildi

 11:09 11.07.2023     376

Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi xəbərə görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.

Qeyd edək ki, Məmmədov Əyyub Vəli oğlu 2020-ci ildə Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb.

Fotoda: General-mayor Ayaz Hüseynov